Dəfn və yas mərasimləri ilə bağlı MÜHÜM YENİLİK - Bundan sonra hamı... - Deputat AÇIQLADI

Hit: 674
Dəfn və yas mərasimləri ilə bağlı MÜHÜM YENİLİK - Bundan sonra hamı... - Deputat AÇIQLADI

"Nümunəvi qəbiristanlıqların yaradılması ilə bağlı layihə hazırlanır".

Bu sözləri Publika.az-a Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib. O bildirib ki, yas mərasimlər ənənələrlə yanaşı qanunla da tənzimlənməlidir ki, onlar bir-birindən fərqlənməsin:

"Din xadimləri bu məsələlərlə bağlı iş qaldırdı. Artıq Milli Məclisdə də bu barədə danışıqlar aparıldı və qəbiristanlıqlarda sadələşdirilmə aparıldı. Daha heç kimin qəbirüstü abidəsində qeyri-adilik, çəpərləmələr olmayacaq. Nümunəvi qəbiristanlıqların yaradılması ilə bağlı hazırlanan yeni qanun layihəsinin qəbul edilməsindən sonra, kimliyindən asılı olmayaraq hər kəsin eyni şəkil və formada basdırılması təmin ediləcək. Yas mərasimləri ilə bağlı təhrif olunmuş indiki qaydalar dində buyurulmayıb. Məhz zamanla təhrif edilmiş məsələlərin yoluna qoyulması üçün qanun layihələri işlənir. Dünyada bütün dinlərdə bu məsələlər dinlə bərabər qanunla paralel tənzimlənir və uğurlu nəticələr əldə edilir".

 

Onun sözlərinə görə, hələ də bəzi yas mərasimlərində fərqli yeməklərin verilməsi halları qalıb: "Cəmiyyəti inandırmalıyıq ki, bu kimi hallar islamda yoxdur. Odur ki, mərasimlərin daha da sadə keçirilməsini təmin etməliyik".









Redaktorun seçimi