Bircə ədəd güllə vursaydı, Hitler adlı adam olmayacaqdı - Bir rəhmin tarixçəsi

1112 dəfə oxunub
Bircə ədəd güllə vursaydı, Hitler adlı adam olmayacaqdı - Bir rəhmin tarixçəsi

Yaralı Hitleri vurmayan adam

Tarixən biz dünyada baş verən hadisələrin dönüş nöqtəsinin şahidi olmuşuq. Bu hadisələrin baş vermə illər öncə əhəmiyyət verməsək də, illər keçdikdən sonra bu hadisələrə geniş nəzər yetirmək imkanımız oldu. Birinci Dünya müharibəsi zamanı Adolf Hitlerin ingilis əsgər tərəfindən həyatının xilas olunması da baş verən bu hadisələr kimidir. Adolf Hitler Birinci Dünya müharibəsinin elan olunmasına ən çox sevinən insanlardan biri idi. Həmin illərdə daxilində milliyətçi duyğuları olan Adolf Hitler Almaniyanın bu müharibədən qalib ayrılacağına şübhə etmirdi. Müharibə elanına sevinən Hitler yene də eyni sevinc hissi ilə əsgər olmaq üçün cəbhəyə yola düşdü. Ancaq hər şey Hitlerin istədiyi kimi getmirdi. Bir gün intensiv atışmanın ortasında qalaraq yaralandı. Adolf Hitler Fransada baş vermiş atışma nəticəsində ayağından güllə yarası alır. Həmin anda ingilis əsgəri olan Henri Tandi yaralı və yorğun düşmüş bu alman əsgəri ilə qarşılaşır. “Silahını ona doğru uzatdı ancaq düşməni də olsa yaralı və müdafiəsiz insanı öldürməyi doğru hesab etmədi. Adolf Hitleri vurmadı və beləcə onun həyatını bağışladı”. Ancaq illər əvvəl həmin öldürmədiyi üçün peşman olacağını haradan bilərdi ki?

Henri Tandi kimdir?

Henri Tandi 1891-ci ildə İngiltərənin Liminqton şəhərində anadan olmuşdu. Onun atası keçmiş hərbçi idi. Henri Tandi 1910-cu ildə ordu hissələrinə qoşulmuş bir neçə ildən sonra da özünü Birinci Dünya müharibəsinin içində özünü tapmışdır. O Adolf Hitlerin həyatını bağışlayaraq ehtimal etməzdi ki İkinci Dünya müharibəsinin başlamasına səbəb ola bilər. Henri Tandi Birinci Dünya müharibəsindən qazı olaraq geri qayıtmışdı. Ölkəsinə qayıdanda sonra bir sıra medallar ilə təltif olundu. Limimqtona qayıdaraq ailə həyatı qurdu amma övlad sahini ola bilmədi. Henri Tandi 1977-ci ildə 86 yaşında vəfat etdiyində 10 medal ilə təltif olunmuş və bir neçə qəribə hisslər ilə vida etmişdi. Henri Tandi istəməyərək İkinci Dünya müharibəsinə səb olmuşdu. Həmin günü və bu hissləri belə ifadə etmişdi: “Yaralı əsgəri vurmaq fikrim yox idi. Onun necə bir insan olacağı barədə azda olsa fikrim olsaydı onu gözümü qırpmadan öldürərdim.”

Kamran Əliyev

Faktor.az



Redaktorun seçimi