Elnarə Bakını aparan seldən yazdı: "FHN neyləsin?" - FOTOLAR

Hit: 543
Elnarə Bakını aparan seldən yazdı: "FHN neyləsin?" - FOTOLAR

Tanınmış müğənni Elnarə Xəlilova Bakıya bu gün yağan yağış haqda danışıb.

Faktor.az xəbər verir ki, o Bakını sel aparmasına görə FHN-i qınayan şəxslərə səslənib və bildirib ki, belə fəlakətlər hər yerdə olub: "Qiyamət də bir gün belə gələcək. Onda da FHN çağıracaqsız? Neyləsin FHN?Bütün dünyada katoklizmlər baş verir. Hər yanı sel yuyur aparır. Buna təbii fəlakət deyirlər. Allah da istəyir yusun günahlarımızı su yetmir. Şikayət etməyin. Dua edin! Bunların hamısı xəbərdarlıqdır".

Elnarənin bu statusu bəzi istifadəçilər tərəfindən tənqidə məruz qalıb və onlar deyib ki, şəhərin su-kanalizasiya sistemi normal işləsəydi, belə problem olmazdı.

1
1








Redaktorun seçimi