İkinci əl avtomobillərə tələb artıb - SƏBƏB - VİDEO

Hit: 367
İkinci əl avtomobillərə tələb artıb - SƏBƏB - VİDEO

Faktor.az bildirir ki, hazırda paytaxtda ikinci əl avtomobil satan salonlara tələb kifayət qədər çoxdur.

Məsələn, avtomobillərdən birinin istehsal ili 2018-dir. Təzəsinin qiyməti 180 min dollar olduğu halda, bu, bir neçə ay sürülüb və cəmi 210 km. yol qət edib. Qiyməti isə 155 min dollardır. Yəni təzəsindən 25 min dollar uzuc, həm də zəmanəti var.

Avtomobil ustası Sahil Ağabəyli də təzəsini almaqdansa, pula qənaət məqsədilə az istifadə edilən avtomobilləri almağı tövsiyə edir. Ancaq sürücülərin aldana biləcəyini və ona görə də mütləq zəmanəti olan avtomobillərə üstünlük vermələrini məsləhət görür.

Avtomobil bazarını araşdıran Sərxan Qədirov isə deyir ki, ölkəmizdə Koreya və Yaponiya istehsalı olan avtomobillərin satışı geniş yayıldığı üçün bu kimi hallar həmin avtomobillərdə daha çox müşahidə edilir.

Onu da qeyd edək ki, belə avtomobillərə tələb böyük olduğundan onları tapmaq da asan olmur. /xezerxeber.az









Redaktorun seçimi