Ermənilər girov götürülən azərbaycanlılara hansı işgəncələri veriblər? - ŞOK FAKTLAR - FOTOLAR

Hit: 2764
Ermənilər girov götürülən azərbaycanlılara hansı işgəncələri veriblər? - ŞOK FAKTLAR - FOTOLAR

Bu gün “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra etdiyi “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı girov götürülmüş mülki əhalinin (qadın və uşaqların) pozulmuş hüquqlarının tədqiqi” mövzusunda layihəsinin yekun təqdimatını keçirib.

Birlikdən verilən məlumata görə, layihə çərçivəsində Bakı şəhərində, Abşeronda, Ağdam rayonunun kənd və qəsəbələrində, Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşmış, yaş həddi 28-70 olan 100 nəfər girovluqdan azad edilmiş qadın və girov götürülən zaman azyaşlı olmuş şəxslərlə sorğular keçirilib. Birliyin rəhbəri Esmira Orucova bildirdi ki, layihənin məqsədi erməni girovluğundan azad edilmiş mülki əhalinin - qadınların və girov götürülən zaman yetkinlik yaşına çatmamış uşaqların qarşı tərəfdə saxlanılan zaman qəbul olunmuş beynəlxalq humanitar hüquq normalarına zidd olaraq onlara tətbiq edilmiş işgəncə və zorakılıqları - şəxsiyyətlərinin tapdanması, şantaj edilməsi, hədə-qorxu altında saxlanılması, alçaldılması, fiziki, mənəvi, psixoloji və digər zorakılıqlara məruz qalması hallarını tədqiq etmək olub: “Eləcə də həmin şəxslərin hüquqlarını həm milli və beynəlxalq səviyyədə müdafiə etmək məqsədi ilə toplanmış sorğulara istinadən emal olunmuş informasiya resursları və digər məlumatlar, həmçinin layihənin icra prosesi təhlil olunaraq müvafiq metodologiya əsasında əldə olunmuş nəticələrə istinadən erməni tərəfi ərazilərimizi işğal edən zaman girov götürdüyü mülki əhaliyə qarşı beynəlxalq konvensiya və sənədlərin pozulduğu aşkar edilib”.

Qeyd edək ki, erməni girovluğundan azad edilmiş 1476 nəfərin 363-ü qadın və 223 nəfəri isə girov götürülən zaman uşaq olub. Münaqişə zamanı itkin düşmüş hesab olunan 3875 nəfərin 265-i qadın, 67 nəfəri isə uşaqdır. Şahid ifadələrinə əsasən, girov götürülməsi sübut olunmuş 773 nəfərin 68-i qadın, 29 nəfəri isə uşaqlardır. Əsir və girovluqda qətlə yetirilmiş və ya müxtəlif səbəblərdən vəfat etmiş 553 nəfərin 104 nəfəri qadın olub. Qeyd edilib ki, layihə çərçivəsində tədqiqat predmeti olan, sorğusu götürülmüş 100 nəfər girov götürülmüş mülki şəxs – qadın və uşaqlar beynəlxalq humanitar hüquq pozuntularına, işgəncə və qeyri-insani rəftara, sülh və insanlıq əleyhinə cinayətlərə, həmçinin digər beynəlxalq cinayətlərə məruz qaldıqdan sonra azad edilmiş məcburi köçkünlərdir. Sorğuya cəlb edilənlərin bəziləri həm də qaçqın yəni, 1989-cu ildə Azərbaycan xalqının əzəli və əbədi torpaqları olan Qərbi Azərbaycandan (indiki Ermənistandan) zorla qovulmuş və işğaldan əvvəlki Qarabağın müxtəlif bölgələrində yerləşdirilmiş şəxslərdir.

1
1
1








Redaktorun seçimi