“Azərbaycan” sözünə görə 10 övlad dünyaya gətirdilər - VİDEO

Hit: 393
“Azərbaycan” sözünə görə 10 övlad dünyaya gətirdilər - VİDEO

Bərdədə yaşayan Qurbanovlar ailəsinin 10-cu övladı dünyaya gəlib.

Oxu.Az-ın “Xəzər” TV-yə istinadən məlumatına görə, 14 il evli olan bu ailənin indiyədək dörd qız və beş oğlan övladı olub.

Onlar azuşaqlı ailələrə nümunə olmaq üçün belə bir addım atdıqlarını deyirlər. 

Uşaqların sayının 10-a çatdırılması isə doğma vətənin adındakı hərflərin sayı ilə bağlıdır. Azərbaycan sözündə 10 hərf olduğu üçün, Qurbanovlar ailəsi də uşaqların sayını 10-a çatdırmaq qərarına gəliblər.

Həkimlər körpənin çəkisinin və səhhətinin normal olduğunu deyirlər.

Ailədəki ən böyük uşağın 13 yaşı var.









Redaktorun seçimi