Pulsuz 4G-internet Azərbaycanın regionlarında

Hit: 351
Pulsuz 4G-internet Azərbaycanın regionlarında

Hazırda Bakı və Abşeron 4G-internetlə tam təchiz olunub. İlin sonunadək Azərbaycanın mobil operatoru olan “Bakcell” şirkəti daha 400 ədəd LTE baza stansiyaları quraşdırmaq niyyətindədir. 

Oxu.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında şirkətinin baş icraçı direktoru Nikolay Bekers deyib. 

“Hazırda şirkətin dördüncü nəsil şəbəkəsini dəstəkləyən baza stansiyalarının sayı 1328 ədəddir. Yaxın vaxtlarda ölkənin 16 regionunda pulsuz 4G kampaniyası keçiriləcək”, - icraçı direktor bildirib. 

 

Bekers əlavə edib ki, “Bakcell” ən sürətli internetə görə “Ookla” beynəlxalq mükafatını qazanıb. 









Redaktorun seçimi