SON XƏBƏR: Bakı Şəhər İcra Hakimiyyətində dəyişiklik baş verdi

Hit: 2017
SON XƏBƏR: Bakı Şəhər İcra Hakimiyyətində dəyişiklik baş verdi

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Aparat rəhbəri Rаsim Vаqif оğlu Quliyеv vəzifəsindən azad edilib.

“Report” xəbər verir ki, bununla bağlı şəhər icra hakimiyyəti başçısının müavini Eldar Əzizov əmr imzalayıb.

Həmin vəzifəyə Elgün Həbibullayev təyin olunub. E.Həbibullayev əvvəllər Sumqayıt Şəhər İcra Hakmiyyəti başçısının müavini olub.

E.Əzizovun digər əmri ilə BŞİH-in Xarici əlaqələr və investisiya proqramları departamentinin rəhbəri İsmayılov Vahid Cabbar oğlu vəzifəsindən azad edilib. V.Quliyev həmin departamentin rəhbəri təyin olunub.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 16 iyul 2018-ci il tarixli sərəncamı ilə BŞİH başçısının müavini vəzifəsinə Eldar Əzizov təyin olunub. Hazırda E.Əzizov BŞİH başçısı səlahiyyətlərini icra edir.









Redaktorun seçimi