Allahşükür Paşazadə qan verdi

Hit: 755
Allahşükür Paşazadə qan verdi

Bu gün Aşura günü ilə əlaqədar Təzəpir məscidində qanvermə aksiyası başlayıb.

Publika.az xəbər verir ki, məsciddə təşkil edilən qanvermə aksiyasına Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə də qatılaraq qan verib.

Bundan başqa, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, bir sıra din xadimləri, eləcə də qeyri-islami dini icmaların rəhbərləri də qanvermə aksiyasında iştirak ediblər.

 

Qeyd edək ki, bu gün Aşura günü ilə əlaqədar paytaxt və rayonlarda əvvəlcədən elan edilmiş ünvanlarda qanvermə aksiyaları keçirilir. Aksiyalar sonuncu müraciətlərə qədər davam etdiriləcək.









Redaktorun seçimi