Samir Bağırov intihar etmək istədi - Özünü 12-ci mərtəbədən atmaq istəyəndə... - VİDEO

Hit: 507
Samir Bağırov intihar etmək istədi - Özünü 12-ci mərtəbədən atmaq istəyəndə... - VİDEO
Müğənni-bəstəkar Murad Arifin "Popumuz var” layihəsinin növbəti qonağı Samir Bağırov olub.
 
İfaçı uzun müddət səhnədən uzaq qalmasından danışıb. S.Bağırov cəsarətli etirafları ilə diqqət çəkib.
 
 
O bildirib ki, tək qaldığı vaxtlarda intihara cəhd edib:
 
"Başa düşdüm ki, mən oxumaqdan başqa iş görə bilmərəm. Özümə sual verirdim ki, yenidən səhnəyə lazımam? Amma geri qayıdandan sonra şərhləri gördüm və sevindim. Efirə çıxmasam da, sevgini və ulduz olduğumu hiss etdim.
 
Güclü insan deyiləm. Özümü öldürmək istəyirdim. 12-ci mərtəbədən yerə atdanmağı düşünürdüm. Həmin an özümə nifrət etdim. Amma daxilimdən gələn "Sən nə edirsən? Dəli olmusan?” sözləri məni saxladı”.
 
Samir bir vaxtlar narkotik maddə aludəçisi olduğundan söz açıb:
 
"Sona çatmışdım. Yaşadıqlarımı düşmənimə də arzulamıram. Bu mövzulara qayıtmaq istəmirəm. Bunlar artıq mənə aid deyil”.
 
M.Arifin "30 ildir səhnədəsən, nə qazanmısan” sualına müğənni belə cavab verib:
 
"Heç nə. Tam fərqli insanam, ev, maşın, villa arzulamıram. Hər zaman dolu səhnə, gözəl dekorasiya xəyalı qurmuşam. İndiki ifaçıların arzusu ancaq ciblərini doldurmaqdır”. 
 
axsam.az








Redaktorun seçimi