250 min dollara Türkiyə vətəndaşı ola bilərsiniz

Hit: 688
250 min dollara Türkiyə vətəndaşı ola bilərsiniz
Türkiyədə vətəndaşlıq verilməsi haqqında qanuna dəyişiklik edilib.

Faktor.az
Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə prezident Rəcəb Tayyib Ərdoğan qərar imzalayıb. İndiyə qədər Türkiyədə 1 milyon ABŞ dolları dəyərində daşınmaz əmlak alan əcnəbilərə vətəndaşlıq verilirdisə, bu rəqəm 250 min dollara endirilib.
Həmçinin, Türkiyədə biznes qurub vətəndaşlıq almaq istəyənlər üçün məbləğ 2 milyon dollardan 500 min dollara, yerli banklara depozit yerləşdirib vətəndaşlıq almaq istəyənlər üçün isə 3 milyon dollardan 500 min dollara endirilib. 








Redaktorun seçimi