Bu yolla turistlərin hesabına yaxşı qazanc əldə etmək olar - VİDEO

Hit: 379
Bu yolla turistlərin hesabına yaxşı qazanc əldə etmək olar - VİDEO

Turizmin inkişaf etdiyi ölkələrdə vətəndaşlar öz evlərini beynəlxalq portallar vasitəsi ilə turistlərə kirayəyə versələr də, ölkəmizdə bu üstünlükdən istifadə edənlərin sayı çox azdır. Halbuki, bu üsulla yaxşı qazanc əldə etmək mümkündür.

Faktor.az xezerxeber.az-a istinadən bildirir ki, dünyanın ən geniş yayılmış, turistlərin beynəlxalq yerləşdirmə saytlarında Azərbaycandan təqdim edilən evlərin sayı çox azdır. Amma boş evi olan hər kəs bu üsulla qazanc əldə edə bilər. Məsələn, ''Booking'' portalında Gürcüstanın paytaxtı Tbilisidə günlük kirayə verilən evlərin sayı 2595 olduğu halda, Bakıda belə evlərin sayı cəmi 630-dur.

Bakıdan fərqli olaraq bölgələrimizdə bu göstərici lap aşağıdır. Məsələn, böyük turizm potensialı olan bölgələrdən Lənkərandan belə evlər ümumiyyətlə təklif edilmir, Gəncədən cəmi 1, Qəbələdən isə 8 ev təklif edilir. Halbuki, Gürcüstanın Batumi şəhərindən 4072, Kabuletiden isə 214 ev təklif olunur. Yəni ölkəmizdə bu bazarda əməlli- başlı boşluq var.

Turizm üzrə ekspertlər isə Azərbaycanda da hər bir vətəndaşın öz evini turistlərə günlük kirayəyə verməsinin qanunvericiliyə uyğun olduğunu, bunun üçün sadəcə vətəndaşdan fiziki şəxs kimi Vergilər Nazirliyindən qeydiyaytdan keçmək və bank hesabı açmaq tələb edilir. Ödəniləcək verginin məbləği isə gəlirin cəmi 4 faizi olacaq.

Turizm üzrə ekspert Rəhman Quliyevin sözlərinə görə bu sistem vasitəsi ilə əsasən ekonom büdcəli evlərlə yanaşı, lüks evləri də icrayə vermək olar ki, xüsusəndə ərəb ölkələrində gələn turistlərin belə evlərə marağı böyük olur. Sistemlərdən qeydiyyatdan keçmək isə çox rahatdır. Bunun üçün evin şəkilləri, ünvanı və bank hesablarını əlavə etmək kifayətdir.

Qeyd edək ki, bu üsulla evin vəziyyətindən və bölgədən asılı olaraq turistlərdən günlük 30-80 dollar qazanc əldə etmək mümkündür. Üstəlik, ev sahibi turisti yeməklə təmin edərsə bu məbləğ arta da bilər.









Redaktorun seçimi