Paytaxtın bu hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıldı

Hit: 407
Paytaxtın bu hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıldı

Bakının Yasamal rayonu "Sovetski" adlanan ərazidə aparılan abadlıq və yenidənqurma işləri çərçivəsində koomunikasiya xətlərinin yenilənməsi və yeraltı piyada keçidinin tikintisi ilə əlaqədar Nəriman Nərimanov prospektinin Mirzağa Əliyev küçəsi ilə kəsişməsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılıb.

Faktor.az bildirir ki, Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, prospektdən keçən nəqliyyat vasitələri müvəqqəti olaraq təşkil edilən yola yönləndirilib. Mirzəağa Əliyev küçəsinin Nəriman Nərimanov prospektinə çıxışda da məhdudiyyət tətbiq edildiyindən sürücülər alternativ olaraq ətraf küçələrdən istifadə edə bilərlər.









Redaktorun seçimi