Gənc reperdən bəşəriyyətə ismarıc - Deyəsən, hər şey yaxşı olacaq

Hit: 2869
Gənc reperdən bəşəriyyətə ismarıc - Deyəsən, hər şey yaxşı olacaq

Hazırda gənclər arasında geniş yayılmış rep musiqisi tanınmış simalarıyla sevilir. BadClause ləqəbi ilə özünə böyük bir pərəstişkar cəbhəsi toplamış 21 yaşlı gənc reper  Mirmövsüm Əhmədov "Qucaqla", "Geridə qalan 3il", "Mən piyanam", "Deyəsən unutmusan", "İyirmi beş", "Sevdim Səni","Rəsm", "Gecən xeyrə", "İki dünya" və bunun kimi bir çox trek-in yazarıdı. Gənclərin istəyini nəzərə alaraq gənc reperdən müsahibə götürdük. 

Faktor.az müsahibəni sizə təqdim edir:

-BadClause əslində kimdir?


- 5 il əvvəl sadəcə mahnı yazırdı, indi isə yenə mahnı yazır.



- Nəyə görə BadClause? Bu ləqəbi götürməyinizin səbəbi?


- Fərqlilik olsun deyə. Xüsusi bir məna daşımır mənimçün, vallah ciddi bir səbəb də yoxdur. Necə deyərlər, “elə-belə”.

 

-Track-lərinizi həsr etdiyiniz qadın real həyatınızın, yoxsa xəyallarınızın qadınıdır? Ümumiyyətlə belə bir insan mövcuddur?

 

- Bir az real həyatın bir parçasıdır, amma xəyallarımın qadını olmadığına əminəm. Belə bir insan isə hardasa mütləq mövcuddur, ümid edirəm onunla heç qarşılaşmaram.



- Sözləri istədiyiniz vaxt yaza bilirsiniz? Ya ilham deyilən şey gəlməlidi?


- İlham anlayışını tam dərk edə bilmirəm. Çünki, elə bir şeyə heç şahid olmamışam özlüyümdə. Adətən yazmaq istəyirəm və yazıram.

 

- Məşhur olmaq, ya varlı olmaq? Əsas puldur, ya rep?

 

- Ümumiyyətlə rep sözü məşhur olmaqla səciyyələnmir. Ona görə birinci sual-a varlı olmaq, ikinci suala isə rep seçimi edirəm.



- Kliplərinizə çəkilən surətləri kim seçir? Və bir klip üçün ən çox nə qədər pul xərcləmisiniz?


- Xüsusilə seçmək kimi bir imkanımız yoxdur demək olar, əlimizdəki imkanlara görə edirik çəkiliş və obraz seçimlərini. Ən çox pul isə yəqin ki yol pulu olub o da ən uzağı 15 manat olar.

 

- Reperlərin müəyyən qismi artıq bu işlə məşğul olmur və ölkəni tərk ediblər. Belə bir fikriniz heç olub?

 

- Xeyr olmayıb, ölkəni tərk etmişəm dəfələrlə, amma bunun replə bir aidiyyatı yoxdur mənimçün. Hara getsəm də, repi etmək istədiyim müddətcə edirəm.



-Hansısa parçanı yazarkən ən çox nəyi nəzərə alırsınız? Dinləyici yazdığınızı bəyənməyib sizi təhqir etsə reaksiyanız nə olar?


- Siyasi mövzulara toxunmamağı və söyüş söyməməyi nəzərə alıram. Təhqir mövzuları da danılmaz faktdır ki, reaksiyam pis ya da yaxşı olsa fərq eləmir. O insan ki, təhqir etməyi normal görür, ona qarşı təhqir etsək də etməsək də bir şey dəyişməyəcək. Loru dildə desək “Onun qabında olan budur”. Ona görə çox da sərt yanaşmıram.

-Təzə çıxan hansısa track-inizi özünüz dinləyib ilk nəyi düşünürsünüz və ya kimi?


- İlk səslənməyə baxıram, sonra qafiyə quruluşuna, sonra bir müddət onu heç dinləməyib təxmini 1 həftə sonra yeni eşidirmiş kimi dinləyib məna hissəsinə baxıram ki, əyri-əskiklərimi bilim. Dinləyəndə özümü düşünürəm ki, nə gözəl yazmışam.

 

- Oxuduğunuz və gənclərində oxumasını istədiyiniz bir necə kitab adı deyərdiz. Həmçinin oxuduğunuz sonuncu kitabı qeyd edin.

 

- Kitab oxumağı sevmirəm, amma bir kitaba başlamışam çox az-az oxusam da oxuduqca bəyənirəm. “Sapiens” adlı kitabdır, mən bəyəndim. Tövsiyyə edirəm.


-Ən xoşunuza gələn track-iniz hansıdır və niyə?


- Xüsusi ayırd etmirəm, amma dinləyicinin bəyənmədiyi əksər track-lər əslində çox sevdiyim track-lər olur. Niyəsini də bilmirəm. (gülür)

- İnsanlara demək istədiklərinizi bir cümləylə ifadə edin.

- Deyəsən hər şey yaxşı olacaq.

 

Firuzə Firdevs

Faktor.az









Redaktorun seçimi