Bakıda 11 məktəbə yeni direktor TƏYİN EDİLDİ

1040 dəfə oxunub
Bakıda 11 məktəbə yeni direktor TƏYİN EDİLDİ
Bakıda 11 məktəbə yeni direktor təyin olunub.
 
Faktor.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.
 
Sorğunun cavabında qeyd olunub ki, 2018-2019-cu tədris ili ərəfəsində İdarənin tabeliyindəki ümumi təhsil məktəblərindən 7 direktorun iş yeri digər məktəbə dəyişdirilib, 11 məktəbə isə yeni təyinat olub.
 
"Əlavə olaraq bildiririk ki, ötən tərdis ilində 18 məktəb direktoru ilə bağlanmış əmək müqaviləsi ləğv edilib”- deyə İdarədən məlumat verilib.


loading...
loading...

Redaktorun seçimi