Gəncədə gənc oğlanın üstünə torpaq uçdu - Dünyasını dəyişdi

Hit: 608
Gəncədə gənc oğlanın üstünə torpaq uçdu - Dünyasını dəyişdi

Gəncədə kişi avtomobildən boşaldılan torpaq kütləsinin altında qalaraq ölüb.

“Report”un yerli bürosunun verdiyi məlumata görə şəhər sakini, 1997-ci il təvəllüdlü Aslanov Altay Rəfail oğlu işlədiyi yerdə yük avtomobilindən boşaldılan topraq kütləsinin altında qalıb. Ağır bədən xəsarətləri alan gənc dərhal özəl xəstəxanaların birinə aparılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.









Redaktorun seçimi