Milli Qəhrəman Çingiz Salmanova həsr edilmiş film nümayiş olundu - FOTOLAR

Hit: 611
Milli Qəhrəman Çingiz Salmanova həsr edilmiş film nümayiş olundu - FOTOLAR

Azərbaycan Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Maliyyə Dəstəyi ilə “Arabaçı Əlillər Şəbəkəsi İctimai Birliyi “Milli Qəhrəmanlarımız haqqında maarifləndirmə tədbirlərinin təşkili “layihəsinə yekun vurdu.

Faktor.az xəbər verir ki, bu barədə birliyin sədri İlham Məhərrəmov məlumat verib. Onun sözlərinə görə, “Arabaçı Əlillər Şəbəkəsi İctimai Birliyi” olaraq, Qarabağ savaşında torpaqlarımız uğrunda canlarından keçən Şəhidlərimizin, Milli Qəhrəmanlarımızın keçdikləri rəşadətli həyat yollarını, döyüşdə göstərdikləri qəhrəmanlıqları, onların anılmasını, qəbirlərini ziyarət etməyi ilə bağlı məsələləri daim gündəmdə saxlayır, müvafiq söhbətlər aparır, onların ailələri ilə əlaqə saxlayır, anım günlərində qəbir üstünə çıxır və tədbirlər təşkil edirik.

17 avqust 2018-ci il saat 14:00-da Ramana qəsəbəsində Əlillərin reabilitasiya mərkəzində “Milli Qəhrəmanlar haqqında maarifləndirmə tədbirlərinin təşkili” layihəsi çərçivəsində “Milli Qəhrəmanlarımızı tanıyaq və tanıdaq” adlı tədbir təşkil etdik. Bu dəfəki tədbir Azərbaycanın sonuncu Milli Qəhrəmanı Çingiz Salman oğlu Qurbanova həsr edilib.

Çingiz Qurbanov 24 noyabr 1994-cü ildə Qusar rayonunun Həzrə kəndində anadan olub. Doğulduğu kənddə orta məktəbdə təhsil alıb. 2012-ci ildə məktəbi bitirən Qurbanov elə həmin ildə Azərbaycan Texniki Universitetinə daxil olub. 2016-cı ildə həmin universitetin məzunu olub və həmin ilin iyul ayında həqiqi hərbi xidmətə yollanıb. Əsgər Çingiz Qurbanov 2016-cı ilin dekabrın 29-da Azərbaycan-Ermənistan dövlət sərhəddində ermənilərin kəşfiyyat qrupunun təxribatının qarşısını alan zaman şəhid olub.

Nəticədə Çingiz Qurbanovun nəşi üç həftədən artıq erməni tərəfində qalıb. Bütün beynəlxalq normaları pozan erməni tərəfi sonda 2017-ci il fevralın 5-i Çingiz Qurbanovun nəşini Azərbaycan təfərə təhvil verib.

Fevralın 6-da Ç.Qurbanovla vida mərasimi keçirilib, Çingiz Qurbanov doğulduğu Qusar şəhərində, Şəhidlər Xiyabanına son mənzilə yola salınıb. 2017-cı ilin 7 fevralında Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanmasın da, xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Salman oğlu Qurbanov ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı”adına layiq görülüb.

Çingiz 29 dekabr tarixində elə Mübariz İbrahimov,Fərid Əhmədov qədər sücaət göstərmişdi.2016-cı il 29 dekabr günü Azərbaycan Respublikasının dövlət sərhəddini pozmağa cəhd göstərən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən 3 erməninin atdığı sərrast atəşlə məhv edib,1-ni isə həmin anda ağır yaralayıb. 4-cü yaralı erməni zabiti isə yanvarın 16-da ölüb.
Tədbbirdə bir çox QHT-rəhbərləri,zabitlər və KİV-nümayəndələri iştirak etdilər.

Sonda Çingiz Salmanova həsr edilmiş film və müğənni Cəmilə Zalovanın mahnısı səsləndirildi.

1
1
1
1
1
1
1
1








Redaktorun seçimi