Zakir Həsənov ildırımələyən raketləri nümayiş etdirdi - İrəvanda səksəkə - FOTOLAR

Hit: 3256
Zakir Həsənov ildırımələyən raketləri nümayiş etdirdi - İrəvanda səksəkə - FOTOLAR

Nazir müvafiq tapşırıqlar qoyub.

Yanvarın 15-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov Hərbi Hava Qüvvələrinin döyüş hazırlığının vəziyyətini yoxlayıb.

Müdafiə Nazirliyindən  verilən məlumata görə, yeni tədris ilinin başlanması ilə əlaqədar keçirilən yoxlamalar zamanı qoşunların yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi, döyüş növbəsinin gücləndirilməsi, mühüm dövlət və hərbi obyektlərin, eyni zamanda qoşun qruplaşmalarının hücumda və müdafiədə mühafizəsi məqsədilə hava hücumundan müdafiə qoşunlarının fəaliyyəti və digər məsələlər məşq etdirilib.

Hərbi Hava Qüvvələrinin döyüş texnikasına, vasitə və qurğularına baxış keçirən Müdafiə naziri şəxsi heyətin təlim-döyüş vərdişlərini yüksək qiymətləndirərək qoşun komandanlığı qarşısında müvafiq tapşırıqlar qoyub.

Qeyd edək ki, təqdim olunan fotoşəkillərdən ordumuzun S-300 PMU-2 “Favorit” hava hücumundan müdafiə sisteminin nümayiş olunduğu görünür.

 

 
 
 
 
 
 
 
 
 
 
 

 









Redaktorun seçimi