“Nişan sadəcə işarə deyil” layihəsi davam edir - FOTOLAR

Hit: 511
“Nişan sadəcə işarə deyil” layihəsi davam edir - FOTOLAR

“Nişan sadəcə işarə deyil” layihəsi bütün idman komplekslərində həyata keçirilir.

Faktor.az xəbər verir ki, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi və “Əlil İdmançılara Dəstək“ İctimayi Birliyi ilə birgə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Nişan sadəcə işarə deyil” layihəsi davam edir.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə əldə olunmuş razılaşmaya əsasən Heydər Əliyev adına İdman Konsert Kompleksinin, Tofiq Bəhramov adına Respublika stadionunun və Baki Atıcılıq Mərkəzinin avtodayanacaqlarında əlilliyi olan insanlar üçün xüsusi dayanacaq yerləri ayrılaraq, müvafiq nişan xətləri çəkilmişdir.

Avqust ayının axırına kimi Baki şəhəri və Abşeron rayonunda fəaliyyət göstərən bütün idman komplekslərində bu işlər davam etdiriləcəkdir.

1
1
1
1








Redaktorun seçimi