Sürücülər bu yolda diqqətli olsunlar!

Hit: 435
Sürücülər bu yolda diqqətli olsunlar!

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 30-50 km-lik hissəsində bu gün axşam saatlarınadək yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

Faktor.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

 








Redaktorun seçimi