Ağdama erməni icra başçısı təyin edildi - Bu da belə

Hit: 4450
Ağdama erməni icra başçısı təyin edildi - Bu da belə

...2011-ci ilin yay ayları idi. ATƏT-in Minsk qrupunun həmsədirləri Bernar Fasye (Fransa), Robert Bradtke (ABŞ) və İqor Popovun (Rusiya) iştirakı ilə Ağdamda, "Tək çinar" deyilən ərazidə hərbçilər tərəfindən quraşdırılmış çadırda görüş təşkil olunmuşdu.

Görüşün əsas müzakirə mövzusu yerli hakimiyyət nümayəndələrinin əhalini güzəştli sülh müqaviləsinə hazırlamaq istiqamətində davamlı iş aparmaları ilə bağlı idi.
    
Amerkalı həmsədr Robert Bradtke mənə müraciət edərək soruşdu ki, bilirsinizmi müharibə olsa, nə baş verə bilər? "Bilirəm, - dedim - əgər müharibə başlasa, Dağlıq Qarabağda bir nəfər də erməni qalmaz, Azərbaycan ordusu erməniləri düz Yerevana qədər qovar".
    
Ardınca üzümü rusiyalı həmsədr İqor Popova tutub əlavə eledim: "Əlbəttə, əgər Rusiya ermənilərə kömək göstərməsə".
  
İqor Popov bic-bic qımışıb: "Yox, yox,-dedi-biz həmişə neytral olmağa çalışırıq". 
     
Həmsədrlərə açıq şəkildə bildirdim ki, əhali arasında sorğu aparmışam, Ağdam rayonunun əhalisi torpaqlarımızın sülh yolu ilə işğaldan azad olunmasını istəmir. Mən özüm də, əhalimiz də torpaqlarımızın yalnız müharibə yolu ilə azad olunmasının tərəfdarıyıq. Yoxsa gələcək nəsil bizi bağışlamayacaq. Torpaqlarımız sülh yolu ilə işğaldan azad olunsa, şəxsən mən öz vəzifəmdən istefa verəcəyəm.
    
Rusiyalı həmsədr İqor Popov mənə:
  
- Bayaq bildirdiniz ki, ermənilər yayın günü əkin yerlərini suvarmaq üçün Sərsəng su anbarından sizə su vermirlər, - dedi,- istəyirsinizsə, sizi Ağdamın rəhbəri ilə görüşdürüm, bu məsələni müzakirə edin.
  
"Ağdamın rəhbəri" deyəndə o, Ağdamın işğal olunmuş ərazilərinə ermənilər tərəfindən nəzarət edən şəxsi nəzərdə tuturdu. Söz mənə bərk toxundu:
  
-Mən - dedim, - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmuşam. Bu rayonun qanuni rəhbəri mənəm. O erməni Ağdamın işğal altında olan ərazisinə özü özünü təyin edib. O, dələduzdur. Dələduzları müdafiə edənlər isə siyasi dələduzlardır.
    
Həmin gün həmsədrlərlə söhbətimiz xeyli gərgin keçdi. Görüşün sonunda fransalı həmsədr  Bernar Fasye xahiş  elədi ki, onlarla şəkil çəkdirim. Həmsədrlərlə şəkil çəkdirəndən sonra Bernar Fasyeye dedim ki, mənimlə nə üçün şəkil çəkdirdiyinizin səbəbini anlayıram. Ona görə şəkil çəkdirdiniz ki, görüş haqqında rəhbərinizə hesabat verəndə məni gostərib deyəsiniz ki, Qarabağda müharibə istəyən adam budur. 
   
Sözümü bitirəndə Bernar Fasye məndən ixtisasımı, əvvəllər harda işlədiyimi, nə işlə məşğul olduğumu soruşdu. Mən ixtisasca tarixçi olduğumu, əvvəllər müəllim işlədiyimi dedim. 
   
...Xaricdən, xüsusən də Avropa ölkələrindən gələn nümayəndə heyetləri ilə görüşlər zamanı həmişə onların bir xüsusiyyətini müşahidə etmişdim. Əgər sənin danışdıqların onlar üçün maraq kəsb edirdisə, o saat dəftərlərini açıb dediklərinlə bağlı qeydlər götürürdülər. Yox, əgər deyilənlər onların həmişə eşitdikləri kimi ümumi sözlər idisə, maraqlı deyildisə, onda əllərini çənəsinə dayayıb sakit-sakit gözlərini danışan adama zilləyir, hətta bəzi hallarda mürgü də vururdular.
 
Mənbə: 
2009-2014 cü ilərdə Ağdamın icra başçısı işləmiş Nizami Sadıqovun "Ağdam gündəliyi: Beş ilin hesabatı" kitabı

Redaktorun seçimi