Sumqayıtdakı yanğınla bağlı SON XƏBƏR

Hit: 296
Sumqayıtdakı yanğınla bağlı SON XƏBƏR

Sumqayıt şəhəri 14-cü məhəllədə yerləşən “Bərəkət” marketdə baş vermiş yanğın nəticəsində, ilkin məlumata əsasən, ümumi sahəsi 1200 m² olan üçmərtəbəli binanın dam örtüyü və 3-cü mərtəbəsinin yanar konstruksiyaları 640 m² sahədə yanıb.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

***

Sumqayıt şəhərində Səməd Vurğun küçəsinin yaxınlığında yerləşən və “Ləzgilər” mağazası adlanan üçmərtəbəli marketdə yanğın başlayıb.

Faktor.az xəbər verir ki, hazırda sözügedən marketdə güclü yanğın davam edir.

Əraziyə çoxsaylı yanğın söndürәnlər cəlb olunub. Yanğının qarşısının alınması istiqamətində tədbirlər görülür.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

FHN-nin yaydığı məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.​









Redaktorun seçimi