Şəhid əsgərimizin torpağa verildiyi anlar - VİDEO

Hit: 1797
Şəhid əsgərimizin torpağa verildiyi anlar - VİDEO

Xəbər verdiyimiz kimi şəhid əsgər Qəbələdə dəfn edilib.

Faktor.az xəbər verir ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Alışov Səməd Anar oğlu dəfn edilib. Şəhid 1999-cu il təvəllüdlü S.Alışov doğulduğu Qəbələ rayonunun Zirik kənd qəbirstanlığında torpağa tapşırılıb. 

Şəhidin dəfnində ailə üzvləri , Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Qəbələ Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və rayon sakinləri iştirak ediblər.

Qeyd edək ki, şəhidin 1 qardaşı və 1 bacısı var.

Allah rəhmət eləsin!









Redaktorun seçimi