Təhsil Nazirliyinin kollegiyası müəyyənləşdirildi

Hit: 1170
Təhsil Nazirliyinin kollegiyası müəyyənləşdirildi

Təhsil Nazirliyinin kollegiyasının sayı 7 nəfərdən ibarət müəyyənləşdirilib.

Faktor.az xəbər verir ki, bununla bağlı qərarı baş nazir Novruz Məmmədovimzalayıb.

Qərara əsasən təhsil naziri Ceyhun Bayramov kollegiyanın sədri təyin edilib. Təhsil nazirinin müavinləri – Firudin Qurbanov, Məhəbbət Vəliyeva, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov, Təhsil Nazirliyi Aparatının rəhbəri Muxtar Məmmədov, Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev, Azərbaycan Respublikası Təhsil Nazirliyi Aparatının rəhbərinin müavini Yaqub Piriyev kollegiyanın üzvləri təyin ediliblər. 









Redaktorun seçimi