Bakı metrosunda HƏYƏCAN - Hərəkət dayandı -SON DƏQİQƏ

Hit: 3770
Bakı metrosunda HƏYƏCAN - Hərəkət dayandı -SON DƏQİQƏ

Bakı metrosunda qatarların hərəkətində problem yaranıb. 

Faktor.az xəbər verir ki, metroda elektrik enerjisinin gərginliyi qəfil azalıb, bu isə qatarların və eskalatorların hərəkətində problemə səbəb olub. 

Qatarlar təxminən 5 -6 dəqiqə platformada dayanıb. Saat 22.30-da hərəkət bərpa edilib. Eskalatorlar isə hələ də işləmir. 

 

"Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun Lent.az-a verdiyi məlumata görə, yaranan gərginlik "Azərenerji" sistemindəki problemlə  əlaqəlidir: "Ümumiyyətlə, yay qrafikinə uyğun olaraq axşama doğru qatarların hərəkətində interval çoxalır. 28 May - Həzi Aslanov istiqamətində bu interval 5 dəqiqə, digər istiqamətlərdə isə 10 dəqiqə təşkil edir. Ola bilər ki, enerji sistemində yaranan problemə görə qatarlara yol göstərən işıqforların da fəaliyyətində problem yarandığından qatarlar bir neçə dəqiqə platformada dayanıb. Problem eskalatorların işinə təsir edib. Bəzi stansiyalarda eskalatorlar işləmir".   








Redaktorun seçimi