Azərbaycanda bütün operatorların qiyməti qaldırıldı

Hit: 3048
Azərbaycanda bütün operatorların qiyməti qaldırıldı

"Azercell Telekom" MMC öz abunəçilərinə 15.08.2018-ci il tarixindən etibarən "Asan İmza" xidmətindən istifadə üçün hər faktura dövrünə görə abunə haqqının ƏDV daxil 2.50 AZN məbləğində təyin edildiyi barədə xəbərdarlıq edib.

Sputnik Azərbaycan "Azercell Telekom" MMC-yə sorğu göndərərək "Asan nömrə"nin aylıq ödənişinin hansı səbəbdən 1 AZN-dən 2.50 AZN-ə qaldırıldığını öyrənməyə çalışıb. "Azercell Telekom" MMC-nin mətbuat xidmətindən sorğumuza belə cavab verilib:

"Qeyd edək ki, 16.07.2018-ci il tarixində "Azercell Telekom" MMC rəsmi mətbuat orqanları vasitəsilə öz abunəçilərini "Asan İmza" Xidmətinin istifadəsi ilə bağlı "ASAN İmza" xidməti üzrə aylıq abunə haqqı dəyişikliyi barədə məlumatlandırıb. Belə ki, rəsmi məlumata əsasən, 15.08.2018-ci il tarixindən etibarən "Asan İmza" xidmətindən istifadəyə görə əhali, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər, hüquqi şəxslərin nümayəndələri və dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları əməkdaşları olan abunəçilər üçün hər faktura dövrünə görə abunə haqqı ƏDV daxil 2.50 AZN məbləğində təyin edilib. Bu xidmət ilə əlaqədar göndərilən 1 SMS ismarıcın (transaksiya) qiyməti isə 0,00 AZN təşkil edəcək".

Qurumdan o da qeyd olunub ki, bütün qeyd olunanları nəzərə alaraq ayrı-ayrı şəxslər tərəfindən sosial media vasitəsilə "Azercell Telekom" MMC-yə qarşı yönəldilmiş "inhisarçılıq", "soyğunçuluq" və sair qərəzli ittihamlar tamamilə əsassızdır və qüvvədə olan qanunvericilikdə həmin şəxslərin məsuliyyətini nəzərdə tutan təqsirli əməli təşkil edir.

 









Redaktorun seçimi