Sərin hava şəraiti nə vaxtadək davam edəcək?

Hit: 511
Sərin hava şəraiti nə vaxtadək davam edəcək?

Bir neçə gündür havanın temperaturu 3-4 dərəcə enib.

Faktor.az xezerxeber.az-a istinadən bildirir ki, nisbətən sərin keçən hava şəraiti davam edəcək. Yaxın 2 gün ərzində paytaxtda havanın maksimal temperaturu 33 dərəcə olacaq.

Yaxın 2-3 gün ərzində Bakıda və Abşeron yarmadasında hava əsasən yağmursuz və dəyişkən buludlu olacaq. Sabah axşam yarımadanın bəzi yerlərində isə qısamüddətli yağış yağacağı ehtimal olunur. Nisbətən sərin hava şəraiti hələ 2 gün də davam edəcək.
Rayonlarda isə sabah hava yağmursuz olsa da, iyulun 19-20-də yağış yağacağı gözlənilir.
Abşeron çimərliklərində isə yaxın 2 gün ərzində dəniz suyunun hərarəti 26-27 dərəcə olacaq.









Redaktorun seçimi