Telefonu ilə tənha qalan XXI əsr insanı intihardan qaça bilərmi?

Hit: 1156
Telefonu ilə tənha qalan XXI əsr insanı intihardan qaça bilərmi?

Dünyada hər il minlərlə intihar hadisəsi baş verir. Cəmiyyət hər bir zaman özünə qəsdi pisləsə də, bütün dinlərdə qadağa olunsa da, intihar halları getdikcə azalmaq əvəzinə daha da artır. İntihara səbəb kimi ailə-məişət problemləri, depressiyalar, bioloji səbəblər, beynin funksiyasının pozulması kimi amillər göstərilir. İntihara meyllilik daha çox sənət və yazı-pozu əhlində olur. Dünyada bir çox yaradıcı insan, şair və yazıçı intihar edib.

Məşhur rus yazıçısı Nikolay Qoqol 42 yaşında ağır maniakal depressiv psixoz vəziyyətində yemək yeməməyə qərar verib. Dostlarının cəhdlərinə baxmayaraq yazıçını xilas etmək olmayıb. Vaxti ilə Bakıda qonaq olmuş şair Sergey Yesenin özünü asmaqla ölməyə qərar verib. Gününü əylənməkdə, çoxlu alkoqol qəbul etməklə keçirən Yesenin yaşadığı oteldə mürəkkəb tapmadığına görə son şerini öz qanı ilə yazıb.

Eyni taleyi gümüş əsrin görkəmli nümayəndəsi Marına Svetayeva yaşayıb. Ağır problemlərlə üzləşən şair xanım 48 yaşında Yelabuqa şəhərində özünü asıb. Görkəmli Amerika yazıçısı Cek London qoça yaşında kənd təsərrüfatı ilə məşğul olmağa başlayıb. Çoxlu borc toplayan yazıçı kreditorları ilə hesablaşmaq üçün aşağı səviyyəli hekayələr yazırmış. Nəticədə özünün bildirdiyinə görə, belə yazılar onda ikrah hissi doğurur. Ağır böyrək xəstəliyindən əziyyət çəkən London morfi qəbul etməyə başlayır.1916-cı ildə ölümcül dozadan ölür. Dünyanın sevimlisi, Nobel mükafatı laureatı Ernest Heminquey həyatının sonunda paranoyya xəstəliyinə tutulub. Ona elə gəlirdi ki, Federal Təhqiqatlar Bürosunun əməkdaşları onu izləyir. Müalicə aldıqdan sonra yaddaşını itirir, fikirlərini formalaşdıra bilmir. Bu səbəbdən özünü güllə ilə öldürür.

Azərbaycanın yaradıcı insanları arasında belə hallar az olmayıb. Mirzə Fətəli Axundovun oğlu tərcüməçi Rəşid Axundov, rejissor Lətif Şərifov, yazıçı Məsud Əlioğlu, aktyor Çingiz Şərifov, yazıçı Mövlud Mövlud, şairlər Sərdar Əsəd və Məlik Cahan kimi sənət adamları intihar ediblər. Şair Cəlil Cavanşirin "Facebook" sosial şəbəkəsində nümayiş etdirdiyi baş tutmayan intihar videosu isə əsil səs-küyə səbəb olub.

Open.az mövzu ilə bağlı bir neçə yaradıcı insanın və psixoloqun intiharla bağlı fikirlərini təqdim edir.

Yazıçı İlqar Rəsul: “Heç vaxt intihara cəhd etməmişəm. Demirəm ki, etmərəm. İnsan heç nədən sığortalanmayıb. Xüsusilə də öz daxili vəziyyətindən. Həyat hər kəsi intihara sürükləyə bilər. Ancaq buna çox ciddi səbəb olmalıdır. Əslində sosial vəziyyətindən asılı olmayaraq bütün insanlar doğulandan ölənədək intiharın astanasındadırlar. Ancaq bunu daha çox zəif insanlar görür, yəni eqoistlər. Doğmalarını, yaxınlarını yox, yalnız özlərini düşünənlər. Belələri sadəcə məsuliyyətsiz adamlardır. Onlar ömürləri boyu təslim olmağa bəhanə axtaranlar, daim həyatla mübarizə apardıqlarını, yaşamağa cəhd etdiklərini düşünənlərdir. Ancaq həlledici andakı davranışları göstərir ki, əslində onlar ölməyə - hamını ağlar qoymağa bəhanə axtaranlardır. Güclülərsə çətin anlarda belə təslim olmamağa, yaşamağa səbəb axtarır, onu tapmasalar belə, hər kəsi düşünüb özlərindən səbəb uydururlar. Dünya doludur intihar edənlərlə. Sadəcə tanınmış adamların intiharı haqqında xəbər daha geniş yayılır və yazılarda qalır. Ümumiyyətlə kiminsə intiharı təbliğ etməsi düz deyil. İnsan gərək öldürən yox, yaşadan şeyləri paylaşsın”.

Telefonu ilə tənha qalan XXI əsr insanı intihardan qaça bilərmi?

Şair Emin Akif: “Mənim də intihar keçib beynimdən dəfələrlə, xüsusən atam dünyasını dəyişəndən sonra... amma qorxmuşam, gücüm çatmayıb. Çətin addımdır, gərək ağlın başında olmaya ki, o hərəkəti edəsən”.

Telefonu ilə tənha qalan XXI əsr insanı intihardan qaça bilərmi?

Jurnalist Kənan Hacı: “Heç bir halda intiharı qəbul etmirəm. İntihar edənləri isə ittiham edə bilmərəm. Bu, onların seçimidir. İnsan intihar fikrinə birdən-birə gəlmir, onu yaradan müxtəlif səbəblər var. Amma heç bir halda qəbuledilməzdir. İnsanların böyük əksəriyyəti həyatında heç olmasa, bircə dəfə intihara cəhd ediblər. Yaradıcı adamlar yüksək dərəcədə həssaslıqla seçilirlər. İntihar mənim də fikrimdən keçib, əlbəttə. Amma həyat dözülməz olanda da yaşamağı bacarmaq lazımdır. Xəbislərə sevinmək şansını vermək olmaz”.

Telefonu ilə tənha qalan XXI əsr insanı intihardan qaça bilərmi?

Şair Altay Yaşar: “İntihar haqqında düşünməmişəm. Bunu düşünsəm, özümün qarşısında zəifliyimi nümayiş etdirərdim. Bu da çox pis şeydir. Əksinə kədəri yaşayaraq əzməyi, hətta qəbul etməyi bacara bilır insan. Allah ən böyük müəllifdir. Onun əsərinə toxunmaq əsərinin işi deyil. Yaradıcı adam da Yaradanı bir başqa hiss etməlidir deyə, bundan uzaq olmalıdır. İctimai şəxsin intiharı bir insanın intiharıdır. Çünki ölüm nə vəzifə, nə nüfuz, nə də başqa bir hal ilə indiyə qədər maraqlanmayıb”.

Telefonu ilə tənha qalan XXI əsr insanı intihardan qaça bilərmi?

Şair Aqşin Evrən: “İntiharın təbliği, əlbəttə yanlışdır. Ancaq bununla yanaşı, telekanallarda, saytlarda mütəmadi olaraq maarifləndirici materiallar getməlidir. Amma insanlara "intihar etməyin" demək lazım deyil, onlara yaşamağın gözəl olduğunu göstərmək lazımdır. Yaradıcı adamlar etiraf etməsələr də, onların çoxunun sosial problemləri var. Bu problemləri həll etmək də ədəbiyyat qurumlarının, dövlətin maliyyə ayırdığı dərgilərin işidir. Düzdür, sosial problem müəyyən qədər intiharda rol oynayır, lakin məsələ təkcə bunda deyil. Yəni intiharın hamısı bundan qaynaqlanmır. Yaradıcı adamların içində bir başqa şəxs - sövq-təbii yaranmış qəhrəman olur. Yazıçı və ya şair daim o qəhrəmanla müharibə şəraitində yaşayır. Bəzən həmin şəxs içindəki qəhrəmana məğlub olur. Ümumiyyətlə, XXI əsr insanı öz telefonu ilə tənha qalıb. Bu nəhəng insan tənhalığı getdikcə dərinləşir. Ölkədə qızğın ədəbi proses olmadığı üçün yaradıcı adamda bu tənhalıq təkcə həyat yox, həm də sənət səviyyəsində yaşanır. Sənət ölümü beyin ölümüdür və bu, insanın varlıq içində yox ölüsüdür”.

Telefonu ilə tənha qalan XXI əsr insanı intihardan qaça bilərmi?

Psixoloq Elnur Rüstəmov: “İntihar elə bir mövzudur ki, ona bir aspektdən yanaşmaq doğru olmaz. Bəzi insanların məqsədi ölmək deyil. Sadəcə intihara meylli olan insan deyilir. Kökündə yatan səbəbi araşdırmaq lazımdır. İntiharı ictimailəşdirmək doğru bir hal deyil. Çünki bu insanlara mənfi təsir edə bilər. Əslində ta qədim zamanlardan bu günə kimi intihar halları olub. Sadəcə texnologiya dövrü olduğuna görə intihar şoulaşıb. Həmin texnologiya 100 il öncə yox idi və intihar fərqli cür baş verirdi. Bir çox filosoflar da bu barədə araşdırmalar aparıblar. İntihar heç bir problemin həlli yolu deyil. Əgər insanda intihar fikri varsa, bir dəfə intihara cəhd edibsə, onu təkrar intihara cəhd etmə riski daha böyükdür. Bununla bağlı zamanında qabaqlayıcı tədbirlər görülməlidir. Həm psixiatrık, həm də psixoloji kömək edilməlidir. Əgər intihar halı varsa, insan protokol qaydada mütləq xəstəxana şəraitində müalicə amalıdır. Yox, əgər getmirsə, ev şəraitində bu müalicə davam edilməlidir. Bütün hallarda intihar sosial-psixoloji problemdir. İntihara qarşı mütləq maariflənmə işləri aparılmalıdır. İntihara cəhdlər nə qədər çox olsa, bir az sonra bu hal artıq insanları narahat etməyəcək”.

Telefonu ilə tənha qalan XXI əsr insanı intihardan qaça bilərmi?

Azərbaycanda elə 2018-ci ilin 6 ayında 200-dən çox insan intihar edib.









Redaktorun seçimi