Bakıda qolu qırıq süpürgəçinin fotosu ürək dağladı - FOTOLAR

Hit: 1919
Bakıda qolu qırıq süpürgəçinin fotosu ürək dağladı - FOTOLAR

Sosial şəbəkələrdə yayılan süpürgəçi qadının fotosu geniş müzakirə doğurub.

Faktor.az xəbər verir ki, Bakıda təmizlik işçisi kimi çalışan bu yaşlı qadının bir əli qırılıb və çətinliklə də olsa öz işini görməyə çalışır. 

Fotonu çəkib paylaşan istifadəçi bu şərhi yazıb:

"Landmark ətrafında bu səhər bu  təmizlikçi qadını gördüm. Bir qolu qırıqdı, ancaq o biri qolu ilə küçəni süpürməyə çalışır. Məni gördü və başını aşağı saldı, ürəyim dözmədi, yaxınlaşıb pul vermək istədim, ancaq götürmədi. 

Bu qadın üçün nə edilə bilər? Ümumiyyətlə bu halda onun işləməsinə necə icazə verilir?"

 

 

1








Redaktorun seçimi