Çimərlik pulsuz, avtodayanacaq pullu - VİDEO

Hit: 332
Çimərlik pulsuz, avtodayanacaq pullu - VİDEO

Yayın normadan artıq isti keçməsi insanların su hövzələrinə axınını artırıb. Aran bölgəsində günəşin isti şüalarından qorunmaq üçün sakinlər daha çox Mingeçevirdəki çimərliklərə üz tuturlar. Ölkənin müxtəlif rayonlarından çimərliyə gələnlər də var. Suya girib sərinləmək istəyənlərdən isə əraziyə daxil olarkən hər avtomobil üçün 50 qəpik ödəniş tələb olunur.

Faktor.az xezerxeber.az-a istinadən bildirir ki, istirahət günləri Mingəçevir ərazisindəki çimərliklərə gələnlərin sayı xeyli artır. Bura gələnlərdən bəziləri ödənişi ödəmək istəməsələr də, avtomobilin qorunması üçün həmin məbləği könüllü ödəyənlər də var.

Mingəçevir Mənzil Kommunal Təsərüfat İstehsalat birliyindən isə bildirildi ki, hər avtomobil üçün yığılan 50 qəpik ərazidə təmizlik işlərinin aparılmasına, avtomobillərin qorunması üçün mühafizəçilərə əməkhaqlarının ödənilməsinə sərf edilir.

Mingəçevir ərazisində fəaliyyət göstərən çimərliklərdə Fövqəladə Hallar Nazirliyinin xüsusi xilasedici qrupları da fəaliyyət göstərir.









Redaktorun seçimi