Bakıda svetoforların fəaliyyətində əmələ gələn çətinliklər aradan qaldırılır

72 dəfə oxunub
Bakıda svetoforların fəaliyyətində əmələ gələn çətinliklər aradan qaldırılır

Paytaxtın bəzi yerlərində elektrik təminatında yaranan kəsinti ilə əlaqədar svetoforların fəaliyyətində əmələ gələn çətinliklər aradan qaldırılır.

Faktor.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, həyata keçirilən operativ tədbirlər nəticəsində artıq bir çox küçə və prospektdə svetoforların fəaliyyəti bərpa edilib. Hazırda Heydər Əliyev, Qara Qarayev, Həsən bəy Zərdabi, Hüseyn Cavid prospektləri, Şərifzadə, Ş.Mehdiyev və digər küçələrdə svetoforların işi bərpa edilib.

Bütün svetoforların normal rejimdə fəaliyyəti üçün zəruri tədbirlər görülür.



Redaktorun seçimi