Azərbaycanın bəzi bölgələri işıqsız qaldı

66 dəfə oxunub
Azərbaycanın bəzi bölgələri işıqsız qaldı

17:01

Ölkə ərazisində elektrik enerjisinin verilməsində yenidən fasilə yaranıb. 

Faktor.az bildirir ki, məsələ ilə bağlı "Azərenerji" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı "qafqazinfo"ya bildirib ki, Ağsu rayonu Bico kəndi ərazisindən keçən yüksək gərginlikli elektrik verilişi xətlərinin altında naməlum səbəbdən yanğın baş verib. Nəticədə elektrik enerjisi təminatında fasilələr yaranıb.

Bakı Nəqliyyat Agentliyindən daxil olan məlumata görə, paytaxtın bəzi yerlərində elektrik təminatında yaranan kəsinti ilə əlaqədar svetoforların fəaliyyətində əmələ gələn çətinliklər aradan qaldırılır. Həyata keçirilən operativ tədbirlər nəticəsində artıq bir çox küçə və prospektdə svetoforların fəaliyyəti bərpa edilib. Hazırda Heydər Əliyev, Qara Qarayev, Həsən bəy Zərdabi, Hüseyn Cavid prospektləri, Şərifzadə, Ş.Mehdiyev və digər küçələrdə svetoforların işi bərpa edilib. Bütün svetoforların normal rejimdə fəaliyyəti üçün zəruri tədbirlər görülür. 

----------

16:47

Azərbaycanın bəzi bölgələrinin elektrik enerjisi ilə təchizatı dayandırılıb.

Faktor.az Trend-ə istinadən xəbər verir ki, Mingəçevir İES-dən gələn xəttin Yevlax şəhəri və Ağsu rayonu ərazisindən keçən hissəsində zəmilərdə yanğın baş verməsi səbəbindən təhlükəsizlik məqsədilə respublikanın bəzi bölgələrinin elektrik enerjisi ilə təchizatı dayandırılıb.

Təhlükə aradan qalxdıqdan sonra elektrik enerjisinin verilməsi bərpa olunacaq.


loading...
loading...

Redaktorun seçimi