AMEA-da yeni təyinat

45 dəfə oxunub
AMEA-da yeni təyinat
Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
 
AMEA-nın İctimaiyyətlə əlaqələr şöbəsindənFaktor.az-a verilən məlumata görə, iclasda Bakı Dövlət Universitetinin 100 illik yubileyi ilə bağlı qərar qəbul edilib, Rəyasət Heyəti AMEA-da Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı Tədbirlər planını təsdiq edib.
 
Rəyasət Heyətinin digər qərarı ilə akademik Vaqif FərzəliyevKimya Elmləri Bölməsinin akademik-katibi vəzifəsini icra edən təyin olunub.
 
İclasda AMEA-nın elmi bölmələrinin bürolarının yeni tərkibləri məsələsinə baxılıb. Bildirilib ki, hər bir bölmənin büro iclasında akademik-katiblərin müavinləri və büro üzvlüyünə seçkilər keçirilib, nəticələr Rəyasət Heyətini təqdim edilib. Müzakirələrdən sonra Rəyasət Heyəti Kimya Elmləri, Yer  Elmləri, Biologiya və Tibb Elmləri, Humanitar Elmlər və İctimai Elmlər bölmələrinin bürolarının yeni tərkiblərini təsdiq edib.
 
Sonda kadr məsələsinə baxılıb. Rəyasət Heyətinin qərarı ilə riyaziyyat üzrə elmlər doktoru Rövşən Bəndəliyev AMEA professorlarının koordinasiya şurasının sədri təyin olunub.


loading...
loading...

Redaktorun seçimi