Elmar Vəliyev haqqında kimsənin bilmədiyi daha bir sirr açıldı - Aprel döyüşlərində...

Hit: 14878
Elmar Vəliyev haqqında kimsənin bilmədiyi daha bir sirr açıldı - Aprel döyüşlərində...

Mingəçevirdə baş verən qəzanın ardından Gəncədəki sui-qəsd olayı iyulun ilk ongünlüyünə damğasını vurdu və medianın baş xəbərləri də təbii olaraq bu iki hadisəyə köklənib.

Faktor.az olaraq terrorun bütün növlərini lənətlədiyimizdən Gəncənin icra başçısına qarşı silahlı insidenti də qınayanların tribunasına çevrilməyimiz təbii qarşılanmalıdır. Xüsusən də fəlsəfə doktoru, tanınmış publisist Etibar Əliyevin olaydan sonra saytımız vasitəsilə Gəncə ziyalılarına müraciət edərək (həmin yazı bu linkdə: moderator.az/news/231785.html) baş verən olaya münasibət bildirməmələrini qınamasının arrdından saytımıza üz tutanların sayı çoxalıb.
 
Belə bir müraciət ehtiyyatda olan tibb xidmət polkovniki Həşim Cəfərovdan gəlib. H. Cəfərov Elmar Vəliyevə qarşı baş vermiş silahlı hücumu qınamaqla yanaşı ona qarşı mediada, eləcə də sosial şəbəkələrdə yer alan bəzi xoşagəlməz atmacalardan, ittihamlardan narahatçılığını dilə gətirib:
 
"Mən ehtiyyatda olsam da hərbçiyəm və zabit şərəfini son nəfəsimədək hər şeydən uca tutacağıma kimsənin şübhəsi olmasın. Sadəcə məni narahat edən bir məsələ bu kimi olaylardan sonra cəmiyyətimizin yumruq kimi birlşməsi əvəzinə dedi-qodulara, ürəkbulandıran qarayaxmalara üstünlük verilməsidir. Əlbəttə, Elmar Vəliyev səhvlərdən xali deyil və mən də onu mələk obrazında təqdim etməkdən çox uzağam. Amma bir ibrətamiz məsəldə deyildiyi kimi mərdi qova-qova namərd etmək cəhdinin özü də namərdlikdir. Elmar Vəliyevin Gəncə üçün sözün yaxşı mənasında etdiklərini də sadalamaqdan uzağam və son illərdə şəhərin necə gözəlləşdiyini, abadlaşdırıldığını görmək üçün yazılanlara yox, gözlərinizə inanmalısınız. Mən xalqımızın ruh yüksəkliyinə, işğalçıdan qisas almağa köklənməsində şərəfli istinad nöqtəsinə çevrilmiş 2016-cı ilin şanlı Aprel döyüşlərini hamınızın yadına salmaq istəyirəm. Mənim həmin günlərdə Elmar Vəliyevi yaxından tanımaq və ünsiyyətdə olmaq fürsətim oldu və mən belə bir məmuru olan millətlə bir daha fəxr etdim. O, aprel döyüşlərində demək olar ki, hərbçilərimizin yanından əl çəkmədi və mülki xəstəxanalarda, hərbi və səhra qospitallarında olan yaralılarımızın hər birini ziyarət etdi və elə oradaca bir əsgərimizə qan verdi. Bunu bəlkə də Azərbaycan ictimaiyyəti ilk dəfə biləcək. Çünki bu məsələ tam məxfi olub və Elmar müəllim heç bir çəkiliş aparılmasına, onun qan verməsinin ictimailəşməsinə gərək olmadığını israrla xahiş etdi. O bir neçə dəfə elə əsgər və zabitlərlə qospitalda nahar da elədi, hərbçilərin qayğıları ilə maraqlandı. Həmin günlərdə mən Elmar Vəliyevi "kəşf etdim" və ürəyimdə Ali Baş Komandanıma da sonsuz məhəbbət yarandı ki, yerində olan məmurlarımız çoxaldıqca toraqlarımızın işğalddan azad olunacağı gün yaxınlaşacaq. 
 
Əziz həmvətənlər, gəlin haqqı nahaqqa verməyək, ən müqəddəs varlığımız olan torpaqlarımızın işğaldan azad olunması üçün ötənlərdə bir əsgər, bir zabit, bir məmur kimi bütün səmimiyyəti ilə çarpışan Elmar Vəliyevə Allahdan şəfa diləyək. Ən azından bir əsgərə öz qanı ilə can verən bir məmur bu gün terrorun qurbanına çevrilib. Bu terrroru elliklə qınamasaq, torpaqlarımızı lənətlənmiş işğalçıdan azad etməyimiz çox çətin olacaq. Ümid edirəm ki, tezliklə hamımız ümummilli birliyə köklənərək Qarabağımızda möhtəşəm qələbə paradına öz töhfəmizi verəcəyik. Allah xalqımıza, Silahlı Qüvvələrimizə yar olsun!"(moderator.az)








Redaktorun seçimi