Vasif Talıbov taxıl biçdirdi - FOTOLAR

Hit: 3140
Vasif Talıbov taxıl biçdirdi - FOTOLAR

 Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov taxıl biçidirib.  V. Talbov taxıl biçinini izləmək üçün Kəngərli rayonunun Böyükdüz kəndindəki taxıl əkini sahəsinə gəlib.

“Nuhçıxan” informasiya agentliyinin məlumatına görə, Ali Məclisin sədrinə məlumat verilib ki, biçin aparılan 405 hektar sahədə yerli iqlim şəraitinə uyğun məhsuldar “Qobustan” toxum sortu əkilib. Biçinə 4 kombayn cəlb olunub, mexanizator və kombaynçılar üçün lazımi şərait yaradılıb. Ərazidə əkinin şırım üsulu ilə aparılması, qapalı suvarma şəbəkəsinin qurulması, normalara uyğun gübrə verilməsi taxılın vegetasiya dövründə daha yaxşı inkişafına və məhsuldarlığın artmasına səbəb olub. Bu günə qədər 245 hektarda biçin başa çatdırılıb. Məhsuldarlıq 29 sentnerdir.

Taxıl biçini ilə tanışlıqdan sonra mexanizator və kombaynçılarla görüşən V.Talıbov deyib ki, taxıl biçini müqəddəs və əhəmiyyətli işdir: “Bu iş ona görə müqəddəsdir ki, çörəkdir. Əhəmiyyətlidir ona görə ki, muxtar respublikada əsas ərzaq məhsulu istehsal olunur. Bu il muxtar respublikada 30 min hektardan artıq sahədə taxıl əkilib. Taxıl biçini optimal müddətə – iyul ayının sonuna qədər başa çatdırılmalıdır. Bugünə qədər 9 min hektardan artıq taxıl sahəsi biçilib və hazırda biçin mütəşəkkil şəkildə davam etdirilir. Bunun da əsas səbəblərindən biri vaxtilə torpaq mülkiyyətçilərinin kombayn və digər texnikalarla təmin olunmasıdır. Hazırda muxtar respublika üzrə taxıl biçinində 95 kombayn iştirak edir ki, onun da 15-i “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə, 80-i isə sahibkarlara məxsusdur. Həmçinin muxtar respublikaya yüksək iş əmsalına malik yeni kombaynlar gətirilib. Onlar da bu sahə ilə məşğul olan, işinin öhdəsindən gələn, texnikalardan səmərəli istifadə edən sahibkarlara veriləcəkdir”.

“Muxtar respublikada bu gün taxıl istehsalının artırılması sahəsində görülən işlər sabah hər bir sakinin süfrəsinin bərəkətinə çevriləcəkdir”, – deyən Ali Məclisin sədri muxtar respublika sakinləri adından taxıl biçinində iştirak edən me









Redaktorun seçimi