Vəfat edən nazir Yavər Camalov kimdir?

Hit: 6766
Vəfat edən nazir Yavər Camalov kimdir?

Yavər Camalov 17 oktyabr 1949-cu ildə Sabirabad rayonunun Çölbeşdəli kəndində anadan olub.

1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirib.

1972 - ci ildə “Siyəzənneft” Neftqazçıxarma idarəsinin operatoru, 1972 – 1989- cu illərdə “Şirvanneft” Neftqazçıxarma idarəsində operator, mühəndis, böyük mühəndis, növbə rəisi, rayon mühəndis-texnoloji xidməti rəisinin müavini, baş mühəndis – sex rəisinin müavini, NQÇİ-nin baş mühəndisi, 1989 – 1995 - ci illərdə “Şirvanneft” Neftqazçıxarma idarəsinin rəisi, 1995 – 2003 - cü illərdə Quruda Neftqazçıxarma İstehsalat Birliyinin baş direktoru, 2003 – 2006 - cı illərdə “Azneft” İstehsalat Birliyinin baş direktoru vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 18 mart 2006 - cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri təyin edilib.

Yavər Camalov 16 oktyabr 2009-cu ildə İlham Əliyevin sərəncamına əsasən ölkənin iqtisadi inkişafındakı xidmətlərinə görə Şöhrət ordeni ilə təltif edilib. Evlidir,3 oglu var.

2018-ci il 23 iyun tarixində Bakı şəhərində vəfat edib.

 









Redaktorun seçimi