Azərbaycan universitetləri bir arada - FOTOLAR

Hit: 1003
Azərbaycan universitetləri bir arada - FOTOLAR

Bu gün Azərbaycanda fəaliyyət göstərən ali məktəb ocaqlarının iştirak etdiyi “Azərbaycan Universitetlərinin tanıtımı – 2” layihəsi keçirilib.

Faktor.az xəbər verir ki, “Hədəf STEM Liseyi”ndə baş tutan tədbirdə Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texnologiya Universiteti, Naxçıvan Dövlət Universiteti, Qərbi Kaspi Universiteti, Azərbaycan Diplomatik Akademiyası, Anadolu Universiteti (Azərbaycan proqramları), Azərbaycan Universiteti və s. ali məktəb ocaqları iştirak edib. Hədəf Kursları və “Hedef Global”ın təşkilatçılığı ilə keçirilən sərginin məqsədi Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən dövlət və özəl universitetləri abituriyentlərə tanıtmaqdır.

Təşkilatçı Elvin Əliyev layihə haqqında deyir: “Hər tədris ilinin sonunda abituriyentlər universitet və ixtisas seçimində müəyyən çətinliklər çəkir. Buna səbəb abituriyentlərin Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən ali məktəblər,  xüsusən də həmin məktəblərdə yeni yaradılan ixtisaslar haqqında yetərli məlumata sahib olmamalarıdır. Layihəni həyata keçirməkdə əsas məqsədimiz abituriyentlərlə universitet nümayəndələrinin görüşünü təşkil etməkdir.”

Tədbir gözləniləndən də çox ziyarətçi axınıyla yadda qalıb.

 

1
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi