Bağçada uşağın üzünə dağ basdığı iddia edilən müəllimədən xəbər var

Hit: 388
Bağçada uşağın üzünə dağ basdığı iddia edilən müəllimədən xəbər var
Xəbər verdiyimiz kimi, Azərbaycanda daha bir bağçada körpəyə qarşı şiddət göstərilib. Bu barədə Facebook sosial şəbəkəsində məlumat və fotolar yayılıb.
 
Faktor.az xəbər verir ki, hadisə Gəncə şəhərində yerləşən 31 saylı uşaq bağçasında baş verib. Qeyd olunur ki, bağçada işləyən Gülnarə adlı müəllimə Sara adlı 1 yaş 6 aylıq körpənin üzünə dağ basıb. Valideyn uşağın bu halını görüb şikayət edərkən müəllimə deyib ki, "uşaq uşağın üzünü dişləyib, soyuq su əvəzinə isti su qoyulub deyə sifəti pis görkəmə düşüb". Bildirilir ki, uşağı ekspertizaya aparıblar və orada müəyyən olunub ki, üzdə olan 2-ci dərəcəli yanıqdır və dəmir alətlə olub.
 
 
Bununla bağlı BiG.AZ-a açıqlama verən körpənin anası Leyla İsmayılova bildirib ki, artıq bu vəhşiliyi tötədən müəllim işindən azad olunub: "Hadisə iyunun 21-də baş verib. Müəllimə iddia edir ki, bu ehtiyatsızlıqdan olub. Guya hansısa uşaq qızımın üzünü dişləyib. O, da çaydandan soyuq su töküb uşağın üzünə qoymaq istəyib. Bilməyərəkdən isti su töküb. Mən bununla bağlı hüquq-mühafizə orqanlarına və Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət etdim. Mənim müraciətimə elə gecə ilə baxılıb. Artıq müəllimin işdən çıxma əmri verilib”. 
 
L.İsmayılova onu da bildirib ki, hazırda uşağın vəziyyəti yaxşıdır.
 
 








Redaktorun seçimi