Naxçıvanda ordumuz ayağa qaldırıldı

Hit: 3245
Naxçıvanda ordumuz ayağa qaldırıldı

2018-ci ilin hazırlıq planına uyğun olaraq Əlahiddə Ümumqoşun Orduda ərazidə kompüter dəstəkli olmaqla növbəti komanda-qərargah təlimi keçirilir.

Faktor.az “Nuhçıxan” agentliyinə istinadən xəbər verir ki, iyunun 18-dən başlayan komanda-qərargah təlimində qərargahlar tərəfindən əməliyyatların planlaşdırılması, praktiki fəaliyyətə cəlb edilmiş bölmələr tərəfindən döyüş atışlarının icra edilməsi və qəbul edilmiş qərarların Simulyasiya Mərkəzində kompüterlər üzərində oynanılması məşq etdirilir.

İyunun 24-dək davam edəcək təlimdə məqsəd komandirlərin və qərargah zabitlərinin döyüşün təşkili və aparılması zamanı yaranmış müxtəlif şəraitlərdə bölmələrin fasiləsiz idarə olunması üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsidir.

            









Redaktorun seçimi