Millət vəkili Cavid Qurbanov şəxsi nəzarətinə götürdü - VİDEO

Hit: 1203
Millət vəkili Cavid Qurbanov şəxsi nəzarətinə götürdü - VİDEO

Yüzlərlə erməni hərbiçisini məv edib, əsir alan, zirehli texnikalarını belə ələ keçirdən Azərbaycan Bayrağı ordenli şəhid Ülfət Kərimova hələ də Milli Qəhrəmanlıq verilməməsi məsləsinə Kəlbəcərin millət vəkili Cavid Qurbanov da reaksiya verdi.

Ülfət Kərimov haqqında çəkilən sənədli filmdə onun məhv edib və əsir aldığı erməni hərbçiləri, eləcə də ələ keçirdiyi zirehli texnika fakt olaraq göstərilib.

Bütün bu rəsmi sənədlər, faktlar, canlı şahidlərin olmasına baxmayaraq? belə bir igidə hələ də Milli Qəhramanlığa layiq görülməməsi ictimaiyyətdə təəssüf hiss doğurub.

Ülfət Kərimova Milli Qəhrəmanlığa layiq görülməsi üçün   komandirləri tərəfindən sağlığında və ölmündən sonra müraciətlər göndərilsə də, təəssüflər olsun ki, baxılmayıb.

Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov bu məsələ barədə şəxsən millət vəkili  Cavid Qurbanovun xəbəri olduğu və şəxsi nəzarətinə götürdüyünu vurğulayıb.

Qeyd edək ki, filmin ideya müəllifi Aqil Uluxanlı, rejissoru Nizami Abbasdır.

 









Redaktorun seçimi