Şəkidə sahibsiz it yeddi nəfəri qapdı

Hit: 362
Şəkidə sahibsiz it yeddi nəfəri qapdı

Şəkinin Baş Göynük kəndində bir gündə üçü azyaşlı olmaqla yeddi nəfəri sahibsiz it dişləyib.

Faktor.az APA-ya istinadən xəbər verir ki, hücumlar  iyunun 20-i  günorta və axşam saatlarında qeydə alınıb.

Rayonun Baş Göynük kənd sakinləri olan 1945-ci il təvəllüdlü Niyazi Sadəddin oğlu Mahmudov sol əlin said nahiyəsinin, 1992-ci il təvəllüdlü Gülnaz Sərdar qızı Abdullayeva sağ sarğı nahiyəsinin, 2012-ci il təvəllüdlü Nardanə Dəyanət qızı Abdullayeva başın alın nahiyəsinin, 2014-cü il təvəllüdlü Aynur Qaçay qızı Abdullayeva başın alın nahiyəsinin, 1974-cü il təvəllüdlü Nəsimi Fərman oğlu Saatov sağ qolun və qarnının sol hissəsinin, 2012-ci il təvəllüdlü Eşqin Fərahim oğlu Mahmudov başın və sol ayağın baldır nahiyəsinin, 1953-cü il təvəllüdlü Nəhayət Mustafa qızı Məmmədova sol qolun bazu nahiyəsinin it dişləməsi xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) müraciət ediblər.

MRX-dan  bildirlib ki, Baş Göynük kənd sakinləri olan üçü azyaşlı olmaqla ümumilikdə yeddi nəfəri sahibsiz it dişləyib. Xəstəxanaya müraciət edən yeddi nəfərin hamısına lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.









Redaktorun seçimi