Yeni icra başçısı kimdir? - DOSYE

Hit: 9708
Yeni icra başçısı kimdir? - DOSYE
Xəbər veridiyimiz kimi, prezident İlham Əliyevin iyunun 6-da imzaladığı sərəncamla Elxan Allahverdiyev Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
 
Artıq 10 gündür vəzifəsini icra edən Binəqədinin yeni başçısının tərcümeyi-halı barədə məlumat açıqlanıb.
 
Qayanrinfo xəbər verir ki, Binəqədi rayon İcra Hakimiyyətinin rəsmi saytına yerləşdirilən məlumata əsasən, Elxan Şamil oğlu Allahverdiyev 15 iyun 1960-ci il tarixində Bakı şəhərində anadan olub. 1988-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitunun aspirantura pilləsini bitirib.
 
Əmək fəaliyyətinə 1984-cü ildə başlayıb. Həmin ildən 1994-cü ilədək Azərbaycan SSR Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnistutunda müxtəlif vəzifələrdə çalışıb.
 
1998-ci ildən 2005-ci ilədək "Meridian” MMC-də direktor, 2005-ci ildən 2015-ci ilədək "Duet” firmasının kommersiya üzrə direktor müavini, 2015-ci ildən 2016-ci ilədək Bank Olmayan Kredit Təşkilatı "Kredex” MMC-də idarə heyəti sədrinin müavini vəzifələrində işləyib.
 
2017-ci ildən son təyinatadək "Kontinent İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətində direktor vəzifəsində çalışıb. 








Redaktorun seçimi