Musa Yaqubun son FOTOLARI

419 dəfə oxunub
Musa Yaqubun son FOTOLARI
Şair Maarif Soltan İsmayıllıda ziyarət etdiyi şair Musa Yaqubun son fotolarını paylaşıb. Faktor.az xəbər verir ki, M.Soltan fotolara bu şərhi yazıb: "Şair dostum Tofiq Nurəliylə Buynuza böyük şairin ziyarətinə getmişdik. Çox zəifləmişdi, heysiz idi, danışa bilmirdi… Gözəl sənətkarımız Yaqub Zurufçu da ailəsi ilə gəlib çıxdı. Şairi həyətə çıxartdıq, zarafatlaşdıq, dedik-güldük. Günün sonunda bir də gördük, Musa Yaqub da bizə qoşulub dil-dil ötür, heç elə bil bayaqkı adam deyildi. Pozitiv enerjinin, həqiqətən, böyük təsiri olurmuş". Bəsti İsrafilova Faktor.az



Redaktorun seçimi