Ali təhsil müəssisələrinə və kolleclərə ərizə qəbulunun vaxtı uzadıldı

127 dəfə oxunub
Ali təhsil müəssisələrinə və kolleclərə ərizə qəbulunun vaxtı uzadıldı

Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun vaxtı 20 iyun saat 10:00-dək uzadılıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, I-V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün ərizə qəbulunun müddəti 20 iyun saat 10:00-dək uzadılıb.

Abituriyentlər qeyd olunan tarixədək elektron ərizələrini təsdiq edə bilərlər.

Elektron ərizəsini təsdiq etməyən abituriyentlər qəbul imtahanına buraxılmayacaqlar.

Faktor.az



Redaktorun seçimi