Bakıda tikinti şirkəti yolu bağladı - Sakinlərin başı dərddə - FOTOLAR

Hit: 26378
Bakıda tikinti şirkəti  yolu bağladı - Sakinlərin başı dərddə - FOTOLAR
Bakıda tikinti şirkəti yolu zəbt edib və orada yaşayan sakinlərin həyatını təhlükəyə atır.
 
Faktor.az xəbər verir ki, redaksiyamıza şikayət edən Quliyev Böyükağa artıq 1 ildən çoxdur yollarını kəsən bu inşaat şirkəti orda yaşayan sakinlərin həyatını təhlükəyə artır:
 
"8-ci mikraroyan İbrahimpaşa Dadaşov 109 küçəsində  "Azər Sənaye İnşaat" şirkəti təxminən 4 sot torpağı zəbt edib, yolu bağlayıblar. Bununla bağlı lazım olan hər yerə şikayət etmişik. 4 dəfə prezidentin saytına yazmışıq. Keçən ilin yayından deyirlər çıxırıq. Şirkət Bayramov Eldəniz adlı şəxsə aiddir. Oranın işçilərdən biri mənə dedi ki, bizim müdir hörmətli adamdı ona görə də, boşuna şikayət etməyin. Bu ünvanda yerləşən ATS-in keçmiş müdiri Nazim müəllim demişdi ki, bu ərazi 5 nəfərə satılıb və qanunsuzdur. Binəqədi İcra hakimiyyətinin qaynar xəttinə dəfələrlə müraciət etmişik. 3 məktəbin yerləşdiyi yolu bağlayıblar. Bu da uşaqların məktəbə getməsini çətinləşdirir və təhlükəyə atır. Keçən il bir uşağı maşın vurub. Binəqədi rayon İcra hakimiyyətinin birinci müavini İlqar Süleymanov şikayətimizə cavab yazıb, amma hər şey olduğu kimi qalır. Bir də o şirkətin işçilərinin qaldığı bina yandığı üçün işçilər ordan çıxıb getdi".
 
Faktla bağlı kiçik araşdırma apardıq və məlum oldu ki, "Azər Sənaye İnşaat" şirkəti 2015-ci ildə Beynəlxalq Bankdan götürdüyü krediti ödəyə bilmədiyi üçün məhkəməyə verirlib. Bundan başqa şirkət sahibinin tikintidə işlətdiyi fəhlələrin əməkhaqqını da ödəmədiyi ilə bağlı da iddialar var.
 
Məsələ ilə bağlı ilk öncə tikinti şirkəti ilə əlaqə saxlamağa çalışdıq.  Şirkətin rəsmi saytında göstərilən nömrələrin heç biri işləmir. Daha sonra Binəqədi İcra Hakimiyyətinin məsələyə münasibətini öyrənmək üçün əlaqə yaratmağa çalışsaq da,  telefonlara cavab verən olmadı.
 
Lalə
 
 
 
 
1
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi