DİN-dən jurnalisti təhqir edən generalla bağlı açıqlama: - "Ərziman Əliyev fərdi qaydada məsuliyyət daşıyır "

144 dəfə oxunub
DİN-dən jurnalisti təhqir edən generalla bağlı açıqlama: - "Ərziman Əliyev fərdi qaydada məsuliyyət daşıyır "
Xəbər verdiyimiz kimi general Ərziman Əliyev tərəfindən jurnalist Əli Cahangiroğlunun təhqir olunması cəmiyyətdə birmənalı qarşılanmayıb və hər kəs generalın qeyri-etik rəftarını pisləyir.Sosial şəbəkələrdə və informasiya resurslarında Ərziman Əliyev DİN-in yüksək vəzifəli məmuru kimi təqdim edilir.
 
Faktor.az xəbər verir ki, Unikal.org-a açıqlama verən Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə adıçəkilən polis general-mayorunun təqüdə göndərildiyini bildirib:
 
"Keçmiş Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi, polis general-mayoru Ərziman Əliyevi 2 il öncə vəzifəsindən kənarlaşdırıb.O, xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.Ərziman Əliyev artıq pensionerdir.Özünüzdə bilirsiz ki, neçə-neçə şəxslər Daxili İşlər orqanlarından təqüdə göndərilir.Pensiya müddətində isə o, adi şəxsdir.Ona görə də Ərziman Əliyev fərdi qaydada məsuliyyət daşıyır.İstənilən halda jurnalistlə bu cür rəftar xoşagələn hal deyil". 



Redaktorun seçimi