Şəhid Ülfət Kərimova həsr olunan film nümayiş olundu - - “EL qəhramanı" - FOTOLAR

1073 dəfə oxunub
Şəhid Ülfət Kərimova həsr olunan film nümayiş olundu - - “EL qəhramanı" - FOTOLAR
Yüzlərlə erməni əsgər-zabit heyyətini məhv edib əsir alan, "Azərbaycan Bayrağı" ordenli kəlbəcərli şəhid Ülfət Kərimova həsr olunan “EL qəhramanı" sənədli filmin Nizami kinoteatrında nümayişi olub.

Faktor.az bildirir ki, aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən mərasimdə Ülfət Kərimovun qənimət olaraq ələ keçirdiyi zirehli texnikalar, silah-sursatlar, əlbəyaxa döyüşlə təslim edib əsir aldığı erməni-rus zabitlərinin görüntüləri filmdə göstərilib.

İdeya müəllifi Aqil Uluxanlı, rejisorluğu Nizami Abbasa məxsus olan sənədli filmdə Ağdaban uğrunda gedən döyüşlərdə saz-söz ustadı Aşıq Şəmşirin məzarı yaxınlığında düşmən tanklarını məhv edib, sonda da şəhidlik zirvəsinə ucalan əfsanəvi kəşfiyyatçı Ülfət Kərimovun qəhrəmanlığı içtimayyətə böyük vətənpərvərlik nümünəsi kimi bir daha çatdırılıb. Tədbirdə daha sonra "Azərbaycan Bayrağı Ordenli" şəhid Ülfət Kərimovun Milli Qəhrəman statusuna layiq görülməsi ilə bağlı Azəebaycan Respublikası Prezidentinə Kəlbəcər xalqı, ziyalıları adından müraciət ünvanlanıb.

Qeyd edək ki, Ülfət Kərimovun bu statusa layiq görülməsi ilə bağlı onun komandirləri tərəfindən sağlığında iki dəfə və ölümündən sonra bir neçə dəfə müraciət göndərilsə də təəssüflər olsun ki, bu məsələ hələ də öz həllini tapmayıb.

Faktor.az

1
1
1
1
1
1
1
1
1
1



Redaktorun seçimi