Sabahdan beş günlük tətil başlayır

195 dəfə oxunub
Sabahdan beş günlük tətil başlayır

Sabah, iyunun 15-dən Ramazan bayramı və Milli Qurtuluş günü münasibətilə Azərbaycanda tətil başlayır.

İyunun 15-də Milli Qurtuluş günü ilə əlaqədar qeyri-iş günüdür. 

Ayın 15-16-da isə ölkədə Ramazan bayramı qeyd olunacaq. Əmək Məcəlləsinə əsasən, iyunun 15-də Milli Qurtuluş günü ilə Ramazan bayramı eyni günə düşdüyündən, bundan başqa, iyunun 16-sı şənbə gününə təsadüf etdiyindən ayın 18-19-da da iş olmayacaq. 

Beləliklə, ölkədə ardıcıl - iyunun 15-i, 16-sı, 17-si (bazar günü), 18-i, 19-u qeyri-iş günüdür. Növbəti iş günü iyunun 20-də olacaq. 


loading...
loading...

Redaktorun seçimi