Bakının məşhur magazinin fırıldağının üstü açıldı

491 dəfə oxunub
Bakının məşhur magazinin fırıldağının üstü açıldı

Bakının məşhur magazinin fırıldağının üstü açıldı Şəhər sakini Cənnət Famil Ənvər oğlu iddia edir ki, "Baku Electronics" magazinində ona köhnə telefon təzə adı ilə satılıb.

Şikayyətçi şəxs bildirirki, 25.04.2018 ci il tarixində Binəqədi rayonun, 30166 ünvanında yerləşən “Baku Electronics” (143 telefon) dükanına telefon almaq üçün müraciət etdim, ondan təzə telefon verməsini xahiş etdim, o mənə “Samsung A520” markalı telefonunu təriflədi və məsləhət gördü. O məni, telefonun təzə olduğuna inandırdı . Mənimlə kredit müqaviləsi bağladılar, hər ay 60 AZN ödəməliyəm. İlkin ödəniş olaraq 105 AZN ödədim. Telefonun ümümi dəyəri 699 AZN –dir. Mənə 1 illik zəmanət talonu verildi.

1 həftə keçməmiş vhatsap proqramı yükləyən zaman telefonda 29 ədəd tanımadığım və istifadə etmədiyim nömrələr göründü və anladım ki, məni aldadıb köhnə telefon satıblar. 04.05.2018- ci il tarixdə dükana gedib satıcılara mənə köhnə telefon satdıqlarını bildirdim , dəyişdirilməsini və pulumun qaytarılmasını xahiş etdim.

Məni dükanın müdürünün yanına göndərdilər , xahişimi etdikdə o məni Azadlığ 115 ünvanında göndərdi . 07.05.2018-ci il tarixdə göstərilən ünvanda yerləşən samsung servisə getdim.

Nömrə götürüb ardıcıl çiyələk yeyən xanıma tələbimi bildirdikdə telefona baxmadan - “ Hələ çox bəhanələr gətirə bilərsən çıx get “deyib məni dinləmədi. Yenidən geldim mağazaya.

Servisdə olanları danışdım. Müdür yenidən mənə dedi “ Get məsələni servisdə həll et”. Bundan sonra Antiinhisar qrumuna şikayət etsəmdə heç bir cavab gəlmədi. Yenidən 07.06.2018-ci il tarixində pulu ödəmək üçün dükana gedib müdürə xahiş etdim, o məni servisin müdürü Bayramın yanına göndərdi.

Səhəri günü servisin Müdürü Bayramın yanına getdim, şikayətimi bildirdim, Bayram telefonu məndən alıb, eynəkli oğlana verdi, o isə telefonu tez zamanda qaytarıb gətirdi ki, mən guya telefonu cızmışam.

Tam əminliklə deyirəm ki, telefon köhnə olsada onda heç bir cızıq yox idi və cızığı Bayramın işarəsi ilə ( və ya işarəsiz) götürən oğlan cızmışdır ki, servis imtina etsin.

Düşünürəm ki , bütün hallarda hətta cızıq olsada belə zəmanət müdəttində məndən telefon qəbul edilməli və köhnə olması barədə rəy verilməli idi. Çünki, cızığın vhatsapda nömrələrə dəxli yoxdur.

Belə görünür ki, dükanla servis əlbirdir. Mənim kimi minlərlə istehlakçını top kimi ora-bura vururlar.

Bayramla azca mübahisə etdik. Cənnət Famil Ənvər oğlu tələb edir ki, telefon analoji təzə telefonla dəyişdirilsin və ya müqavilə ləğv olunub ödədiyi 227 AZN ona qaytarılsın , köhnə telefonu təzə adı ilə satan bu şirkət barədə dövlət orqanlarına məlumat verilsin, telefon ekspertizadan keçirilsin və əhali aldadılmasın.

Faktor.az

Bəsti



Redaktorun seçimi