Bakıda Beynəlxalq STEM seminarı keçirilib - FOTOLAR

363 dəfə oxunub
Bakıda Beynəlxalq STEM seminarı keçirilib - FOTOLAR

9-10 iyun tarixində Hədəf STEM Liseyində Beynəlxalq STEM seminarı keçirilib.

Təlimdə liseyinin pedaqoji heyəti ilə yanaşı, kənar müəllimlər iştirak edib. İki gün davam edən təlimdə STEM-in nəzəri və təcrübi hissələrindən danışılıb. Türkiyədən gəlmiş müəllimlər – Sencer Çorlu, Uğur Mert, Tonquç Özdaş, Yunus Emre tərəfindən təşkil edilən təlim iştirakçıların marağına səbəb olub.

Təlimdə “əsl müəllim səhv etməz” anlayışının müəllimliyi necə çətin bir peşə etdiyi, bunun şagirdlərin öyrənməsinə belə, mənfi təsir göstərdiyi müzakirə edilib. Riyaziyyatın ən çətin hesab edilən məsələlərini belə, ətrafda baş verən əlaqəli bir hadisə üzərindən rahatlıqla anlaya bilinəcəyindən danışılıb. Təlimin əsas məqsədi yaxşı dərs keçmək üçün heç də şou xarakterli dərs qurmağa ehtiyac olmadığını, müəllimlərin şagirdlə barabər öyrənəcəyi halda, həm müəlimliyin maraqlı bir sənət olacağını, həm də daha effektiv dərs quracağını aşılamaq olub.

 

1
1
1
1
1


loading...
loading...

Redaktorun seçimi